Miqrasiya Əməkdaşlıq Platformasının təşəbbüsü ilə anım tədbiri keçirilib-Özəl

208

Sosialmedia.az xəbər verir ki, Miqrasiya Əməkdaşlıq Platformasının “Reinteqrasiya və qayıdış” üzrə işçi qrupunun təşəbbüsü ilə məcburi köçkün icmasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri keçirilib.

Regional Gender Mərkəzinin və “Tərəqqi”Sosial İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən fəallar 20 Yanvar hadisələrinin müstəqilliyin əldə olunmasında oynadığı mühüm roldan bəhs edib.

Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının azadlığı uğrunda mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə və torpağa sevgi və sədaqətini bütün dünyaya nümayiş etdiriblər.

Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin hər zaman ehtiramla anılacağını, onların əziz xatirələrinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını əminliklə vurğulayıblar.