Zakir Həsənov Şəhidlər xiyabanını ziyarət edib-Özəl

204

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Sosialmedia.az xəbər verir ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.