Hərbi xidmətə yeni gələn çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib-Özəl

161

Sosialmedia.az xəbər verir ki, cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin məsul vəzifəli şəxslərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Ordusunda hərbi xidmətə yeni gələn çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib.

Çağırışçıların hərbi hissələr üzrə bölgü prosesi elektron qaydada, xüsusi kompüter proqramı vasitəsilə tam şəffaf şəkildə icra olunub.

Şəxsi heyətin bölgüsü onların ailə tərkibi və fiziki hazırlığı, eləcə də əks-ərazi prinsipi nəzərə alınmaqla ixtisaslara uyğun yerinə yetirilib.