QHT sədri: “Işğaldan azad edilmiş torpaqlarımızda ilk müstəqil seçki olacaq”-Özəl

178

“Bu seçki tariximizin zəfər seçkisidir. Müstəqilliyimizi bərpa etdikdən sonra keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, 30 il sonra işğaldan azad edilmiş torpaqlarımızda ilk müstəqil seçki olacaq. Bu bizim həm sevindirir, həm də qürurlandırır”.

Bu fikri Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova Sosialmedia.az-a açıqlamasında qeyd edib. Yaşadığımız bu sevinc və qürur hissi üçün başda cənab prezidentimizə və ordumuza minnətdarlığını bildirən QHT sədri növbədənkənar prezident seçkilərinin ölkəmizdə yeni islahatların aparılması üçün də yeni bir başlanğıc, yeni düzən olacağını da vurğulayıb: “Bu seçkidən gözləntim daha böyükdür.

İnanıram ki, bu seçkilərdən sonra məcburi köçkünlər öz el-obalarına qayıdacaq. Hər bir vətəndaşımızın həyatı düzənı girəcək. Sosial problemlərin yükü azalacaq.