Təbiət Gəzintisində layihəsinin icrası davam edir-Özəl

464

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə ” Əlilliyi olan uşaq və Gənclərin idmana inteqrasiyası İctimai Birliyinin, “Təbiət Gəzintisində” Düşərgə layihəsi Lənkaran şəhəri Palıdlı sahil otelində həyata keçirildi. Layihə 3 ay müddətində, 4 gün 3 gecə təşkil edildi. Layihədə 30 nəfərdən çox fiziki məhdudiyyətli gənclər və valdeyinləri iştrak etdilər.

Bu barədə Sosialmedia.az-a Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyinin sədri və layihə rəhbəri Aynur Məmmədova məlumat verib.O, qeyd edir ki, layihənin əsas məqsədi əlilliyi olan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, özünə qapanan, kompelks və psixoloji sarsıntılar yaşayan gənclərin problemlərini aradan qaldırmaq, cəmiyyətə inteqrasiya etmək, özlərini kompleksiz təqdim etmə bacarığını onlara öyrətmək, özünə güvən hissi yaratmaq, ünsiyyət qurma bacarığlarında dəstək olmaq, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində gənclərimizə rəsm və əl işləri öyrədilməsi təlimləri keçirildi.Həmçının gənclər Lənkəran Dram Teatrında Cəsus tamaşasına, Lənkəran Diyar Şünaslıq muzeyini ilə də tanış oldular.

Fiziki məhdudiyyətli gənclər ilk dəfə olaraq, qış fəsilində təbiət gəzintisinə qoşularaq, açıq havada gəzdilər. Düşərgə gənclərə çox müsbət enerji və özünə güvən hisinin artırılmasında böyük rol oynadı.

Çünkü fiziki məhdudiyyətli gənclər arasında elə oğlan və qızlar var idi ki, onlar heç bir vaxt komplekslərinə görə rahat şəkildə nə özlərini təqdim edib,cəmiyyət arasında kompleksiz, nə də rəqs etmişdilər. Bu düşərgədə əməyi keçən başda Gənclər Fondu və kollektivi olamaqla öz adımdan və valdeyinlər adından təşəkkürmüzü bildiririk. Belə layihələrin davamlı olması gənclərin maarifləndirməsində böyuk rol oynayır.