Volodimir Zelenski Valeri Zalujnının işdən çıxarılması ilə bağlı məlumatı şərh edib-Özəl

348

Sosialmedia.az xəbər verir ki, Volodimir Zelenski ilk dəfə Valeri Zalujnının mümkün işdən çıxarılması ilə bağlı məlumatı şərh edib.

İtaliyanın “Rai News24” kanalına müsahibəsində o, “təkcə hərbi rəhbərliyin deyil, rəhbərliyin yenidən qurulmasına, dəyişilməsinə ehtiyac olduğunu” deyib.

Zalujnı haqqında soruşduqda belə cavab verdi:

“Mən təkcə hərbi sektorda deyil, bir sıra dövlət rəhbərlərinin dəyişdirilməsini nəzərdə tuturam”.

Prezident güc strukturlarında daha geniş dəyişikliklər fonunda Silahlı Qüvvələrin Ali Baş Komandanının dəyişdirilməsi barədə düşünür. O, artıq konkret qərarlar qəbul edib-etmədiyini açıqlamayıb.