Vərəm xəstəliyi nədir? -Vərəmlə bağlı bilmədiklərimiz -ÖZƏL

657

Sosialmedia.az-in vərəm xəstəliyi ilə bağlı qısa araşdırması.

Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Vərəm yoluxucu xəstəlikdir. Vərəm xəstəliyi, yəni tibbi adıyla desək, tuberkulyoz (TB) bir şəxsdən digərinə hava yolu ilə keçən yoluxucu ağciyər xəstəliyidir. Vərəm mikobakteriyaları nazik, düz yaxud bir qədər əyri, uzunluğu 1-6 mkm, eni 0,2-0,6 mkm olan spirtə, qələviyə, turşuya davamlı çöplərdir. Hərəkətsizdilər, endospor və kapsul əmələ gətirmirlər. Vərəm mikobakteriyalarının Sil-Nilsen metodu ilə boyanması məhz onun turşuyadavamlılıq xüsusiyyətinə əsaslanmışdır. Sadə böyümə ilə çoxalır – bölünmə tskili 14-18 saat çəkir.

İlk dəfə 1882-ci il tariixndə Vərəm xəstəliyi Robert Kox tərəfindən (Mycobacterium tuberculosis) vərəmin törədicisi aşkar edilib və sonra o tüberkülin psevdovaksini yaradır.Bu barədə 1882-ci il 24 mart tarixində Berlin şəhərində fizioloqlar cəmiyyətinin iclasında “Vərəmin etiologiyası” mövzusunda məruzə edərək inandırcı dəlillərlə vərəmin törədicisini – vərəm mikrobakteriyalarını kəşf etdiyini elan edir. Bu kəşfə görə o, 1905-ci ildə Nobel mükafatına layiq görülüb.

Vərəm xəstəliyinə Mycobacterium Tuberculosis adlı bakteriyalar səbəb olur.Bu xəstəlik vərəm mikobakteriyası (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basillası adlandırılır) tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.Bir insan bu mikroblardan bir neçəsini udsa, yoluxmaq riski yüksəkdir. Tuberkulyoz yoluxucu olmasına baxmayaraq, asanlıqla yayılan xəstəlik deyil. Yad bir adamdan vərəm tutmaq çətindir, daha çox birlikdə yaşadığın insana keçir.

Bir insanda aktiv vərəm meydana gəldikdə, xəstəliyin öskürək, qızdırma, gecə tərləmə və ya kilo itkisi kimi əlamətləri və simptomları yalnız aylar ərzində aşağı səviyyədə görülə bilər.

Aktiv vərəm xəstəliyi olan insanlar bir il ərzində 5-15 nəfəri yoluxdura bilərlər. Ən azı iki həftə ərzində müvafiq dərman qəbul edən aktiv vərəm xəstələrinin əksəriyyəti artıq yoluxucu deyillər.

Vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəif­ləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəs­tə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür.

İnsan bədəni vərəmə səbəb olan bakteriyaları saxlasa da, immun sistemi xəstələnmənin qarşısını alır. Buna görə mütəxəssislər vərəmin aktiv vəziyyətinə əsasən bir fərq qoyurlar.

Latent, yəni gizli vərəm xəstəliyi zamanı insanda ərəm bakteriyasından qaynaqlanan infeksiya olur. Ancaq bakteriyalar bədəndə hərəkətsiz vəziyyətdə qalır və əlamət və simptomlara səbəb olmur.

Gizli vərəm, yəni TB infeksiyası yoluxucu deyil. Lakin vaxt keçdikcə gizli vərəmdən aktiv vərəm xəstəliyinə keçə bilər. Bu səbəbdən, gizli vərəm xəstələri vərəmin yayılmasına nəzarət etmək üçün müalicə almalıdırlar.

Tədqiqatlar nəticəsində əldə edilən təxminlərə görə, dünyada təxminən 2 milyard insanda gizli vərəm xəstəliyi var

Aktiv vərəm zamanı TB bakteriyaları yoluxdurduqları şəxsin xəstələnməyinə səbəb olurlar. Bu insanlar xəstəliyi ətrafdakılara da yaya bilərlər.

Aktiv vərəm xəstəliyinin əlamətləri və simptomları arasında üç həftədən çox davam edən öskürək, qanlı öskürək, sinə ağrısı, nəfəs alarkən ağrı, öskürək zamanı ağrı, yorğunluq, qızdırma, gecə tərləmək, iştahsızlıq, arıqlamaq kimi əlamətlər var.

Müalicə edilmədən vərəm ölümlə nəticələnə bilər. Müalicə olunmayan aktiv vərəm xəstəliyi ağciyərlərə təsir edir, qan dövranına düşərsə, böyrəklər, onurğa və beyin kimi bədənin digər hissələrinə yayıla bilər. Yoluxmuş orqandan asılı olaraq fərqli əlamətlər və simptomlar meydana çıxır.

Onurğa tuberkulyozu bel ağrısına və sərtliyə səbəb ola bilər. Tuberkulyoz artrit əsasən bud və dizlərə təsir edir və oynaq zədələnməsinə səbəb olur.

Beyinə çatan tuberkulyoz bakteriyaları meningitə və ya beyni əhatə edən membranın şişməsinə səbəb ola bilər. Bu, həftələrlə davam edən fasiləli və ya davamlı bir baş ağrısına səbəb ola bilər.

Böyrək tuberkulyozu sidikdə qan əmələ gətirə bilər. Böyrəklər kimi, qaraciyər də tullantıları və çirkləri qan dövranından təmizləməyə kömək edir və vərəmdən təsirlənsə, bu funksiyası pozulur.

Müalicəyə başladıqdan bir neçə həftə sonra vərəm xəstəliyi yoluxuculığını itirir və fərd özünü daha yaxşı hiss edir. Ancaq müalicə prosesi axıradək davam etməlidir.

Müalicəni erkən dayandırmaq bakteriyaların bu dərmanlara qarşı davamlı olmasına səbəb ola bilər və nəticədə müalicəsi çox daha təhlükəli və daha çətin bir vərəm xəstəliyinə gətirib çıxarar.

müəllif ; Səbinə Kərimova