Mingəçevirdəki İES-də problem – Bəzi yerlərdə işıqlar söndü

216

“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) tüstülənmə baş verib.

Fövqəladə Hallar Nazirliyindən SosialMedia.az-a bildirilib ki, İES-də kiçik texniki hadisə olub, lakin heç bir təhlükəli məqam yaşanmayıb.

Stansiyada yaranmış problem tez bir zamanda aradan qaldırılıb.

Təhlükəsizlik məqsədilə şəhərin bəzi ərazilərinə elektrik verilişi qısa müddətli dayandırılıb.