Ermənistanda totalitar diktatura rejimi qurulub- Mətanət Əsgərqızı

242

Ermənistanda baş verənlər bir daha onu göstərir ki, bu ölkə dünyanın ərköyün balasıdır.

Bu sözləri SosialMedia.az-a Ermənistanda baş verən hadisələrə açıqlama bildirərkən “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib.

O,bildirir ki, 2020- ci il iyunun 16- da Ermənistan Parlamenti ” Çiçəklənən Ermənistan” partiyasının sədri, deputat ” Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığını ləğv etdi.Qaqik Sarukyan həm də ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib.Bütün bunlar onları deməyə əsas verir ki, Q.Sarukyanın həbs ediləcəyi istisna deyil. Sual oluna bilər yuxarıda təqdim etdiyimiz statuslara malik olan şəxs niyə birdən arzuolunmaz oldu? Müşahidələr onu deməyə əsas verir ki, Q.Sarukyan məhz Nikol Paşinyan hakimiyyətini tənqiddən sonra təzyiqlərə məruz qalıb. Baş verənlər əslində siyasi təqibdir . Ermənistandakı bu olaya ” azadlıq carçısı ” olan bir çox beynəlxalq təşkilatların , beynəlxalq QHT- lərin, bir sıra Qərb təşkilatlarının səssizliyinə mat qalırsan. Bu ilk hadisə deyil ki, Qərb dövlətləri özlərini görməzliyə gəlirlər.

Ermənistanda müxalif siyasətçi və jurnalist MherYeqizaryan həbsxanada etdiyi aclığın nıticəsində vəfat etdikdə də həmin Qərb reaksiya vermədi. Ermənistan mətbuatına nəzər yetirdikcə Qaqik Sarukyan olayından sonra artıq bu ölkədə Nikol Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda Nikol Paşinyanı diktator hesab edənlərin sayı artıb. Ermənistanda siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir.Nikol Paşinyanın məqsədi hakimiyyət müddətini uzatmaqdır. Bu isə deməyə əsas verir ki, Ermənistanda totalitar diktatura rejimi qurulmuşdur.

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinib sədri Mətanət Əsgərqızı