Yarımçıq qalan ümidlər- Mətanət Əsgərqızı yazır

852

O, ailənin yeganə övladı, Bakı Dövlət Universitetinin Tarix fakültəsin də təhsil alırdı. Anası, Qalibə Budaqovanın xəbəri olmadan təhsilini yarımçıq qoyaraq cəbhəyə gedir. Heç kim bilmirdi ki, gənc tələbə bir il sonra Azərbaycanın milli qəhərmanı adını alacaq.O, da ölümündən sonra. Tahir Həsənov 1992- ci il sentyabrın 2- də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub.

Yalnız bu faktı Qalibə xanım bir həftə sonra öyrəndi. Tahir evə zəng vurmuşdu: Oğlum, dedi, Tahir, ana, narahat olma , qələbə bizimdir! 1992- ci ilin 2 sentyabrı…Tahirgilə strateji məntəqə olan Çıldıran kəndini götürmək tapşırılır.Çünki orada bir dəstə əsgərimiz mühasirədə qalmışdı. Əməliyyat uğurla keçir.Lakin ermənilərə gələn kömək vəziyyəti çətinləçdirir.Tahir hamıya ərazini tərk etmək əmrini verir. Döyüşür təkcə…hər zaman üzərində saxladığı qumdaranı isə düşməni çox yaxın məsafəyə buraxaraq partladır. Düz 40- a qədər erməni leşi…Tahir Həsənovun cəsədini isə döyüşçülərimiz Çıldırana bir neçə həmlə edərək azad etdikdən sonra sentyabrın 28- də götürə bildilər. 1994- cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Tahirin oxuduğu məktəbə adı verildi.Anası Qalibə Budaqova məktəbin direktoru təyin olundu.Lakin ulu öndər xəstələndikdən sonra məktəb kimlərəsə çox bahalı göründü.Min fitnə ilə Milli Qəhrəmanın anası xəstə olduğu halda kabinetinin qapısı sındırılaraq öz adamlarını oturtdular… Bircə övladını vətənə qurban verən anaya bir məktəbi qıymamaq… həmin fiaskoda iştirak edənlərin 90%- i ölüblər.Qalanları isə rəzil olublar.

Ruhlar da qisas almağı bacarır.Tahir Həsənovun ruhu narahatdır, anasına görə.Bəlkə ilahi ədaləti bərpa edəsiz? Tahirin ruhu narahatdı, Qarabağa görə…Bəli, hələ qələbə bizim deyil! Amma biz də inanırıq ki, Tahirin arzusu yaxın zamanda çin olacaq . Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun anası bu gün də vətən qarşısında xidmətini həyata keçirir.O, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyinin sədridir.

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgəqızı