“Bakı küləyi” filmi “Bakı Beynəlxalq Qısa Filimlər” festivalında xüsusi mükafata layiq görüldü

868

“Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin İstedadlı rejissoru Şirin Əhmədovun ,”Bakı küləyi” adlı filmi Bakı beynəlxalq qısa filmlər festivalında, Sinema Gənc Kinematoqrafçıların xüsusi mükafatına layiq görülüb.

Bu barədə Sosialmedia.az-a “Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı məlumat verib.O, qeyd edib ki, bu gün çox gözəl xəbər aldıq. Təşkilatımızın rejissoru mükafata layiq görülüb.

Bu münasibətilə gənc rejissorumuzu təbrik edir və yeni yeni uğurlar arzulayırıq. Gənclərə dəstək bizim İctimai Birliyin əsas missiyalarından biridir.

Sizin hər birinizi bu Filmi izləyib, bəyənməyə dəvət edirik deyə vurğulayıb. Biz də sosialmedia.az saytı olaraq, gənc rejissoru təbrik edirik. Ona fəaliyyətində uğurlar arzulayırıq.

https://youtu.be/6vzUKXKz-NA