“Qaçqınkom” Bakıda daha 3 yaşayış binası tikəcək

201

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Qaçqınkom” məlumat yayıb.

Yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi Kapitel MMC-dir.