Metro açılır – RƏSMİ

257

“31 may tarixindən başlayaraq Azərbaycanda metronun fəaliyyəti bərpa olunur”.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

O qeyd edib ki, metrodan istifadə zamanı insanlardan maska, məsafə və dezinfeksiya tədbirlərinə riayət edilməsi mütləq tələb olunacaq.