Möhtəşəm fərman: Şərqi Zəngəzur rayonu – Professor

227

Zəngəzur bütövlükdə tarixi Azərbaycan torpağıdır. Qərbi Zəngəzur torpaqları 1921-ci ilin iyulundan 1929-cu ilin fevralın 18-dək SSRİ-nin, xüsusilə Sovet Rusiyasının təzyiqi ilə xalqımızın iradəsinə zidd şəkildə Ermənistan SSR-yə verilib.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında tarixçi alim, professor Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, tarixin bütün dövrlərində Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olub:

“1920-ci ilədək Zəngəzurda yaşayan əhalinin 90%-i azərbaycanlılar idi. Əgər Çar Rusiyasının 1829-1830-cu illərdə başlatdığı erməni köçü olmasaydı, buradakı əhalinin yüz faizi azərbaycanlı olardı. Sovetlər Azərbaycanı işğal edəndən sonra ümumi sahəsi 4,5 min kvadrat kilometr olan dörd rayonu – Qarakilsəni, Gorusu, Qafanı və Meğrini Ermənistana verdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu da türk dünyasının kürəyinə sancılan bir xəncər idi”.

Qarabağ iqtisadi rayonunun yaradılmasından da bəhs edən alim bunun tarixi zərurət olduğunu vurğulayıb:

“Bu region ölkəmizin siyasi, sosial-iqtisadi həyatında müstəsna yeri olan bir ərazidir. Coğrafi şəraitinə, təbii sərvətlərinə görə xüsusi əhəmiyyət kəsb edən bir ərazidir. Ölkə başçısının verdiyi fərman çox yerindədir. Bu fərman həm də tarixi bir zərurətdir. Torpaqlarımız işğaldan azad ediləndən sonra burada infrastrukturun yenidən qurulması üçün genişmiqyaslı işlər aparılır. Yaxın 5 ildə bu ərazilərin ölkəmizin iqtisadiyyatında böyük rol oynayacağı şübhəsizdir”.