Bakı rəsmən MQ-dən imtina etməlidir – Sabiq nazir

323

ATƏT-in Minsk Qrupunun həmsədrləri o mövqedədilər ki, münaqişə hələ də həll olunmayıb, indi stabilləşmə prosesi gedir və ondan sonra guya ki, hansısa statusa aid danışıqlar bərpa oluna bilər. Bu mövqe erməni mövqeyi ilə üst-üstə düşür.

Sosialmedia.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.

Politoloq qeyd edib ki, onlara rəsmi dövlət səviyyəsində cavab da verilib ki, münaqişə bitib:

“Hansısa siyasi maraqların və ya erməni təsirində olan qüvvələrin bizə öz istəklərini nümayiş etdirməyə nə qədər hüququ var? Vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycan rəsmi olaraq Minsk Qrupundan imtina etməlidir. Ölkə olaraq onlara yetərincə siqnal göndərmişik”.