Bakı-Sumqayıt yolunda tıxac: Avtomobil yanır

287

Səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda uzun tıxac müşahidə olunur.

Sosialmedia.az xəbər verir ki, tıxac Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində yaranıb.

Xırdalan qəbiristanlığından başlayan tıxac 20 Yanvar dairəsinə qədər davam edir.

Bildirilir ki, “20 Yanvar” metrostansiyası istiqamətində avtomobil yanır. Bu səbəbdən də hazırda qeyd edilən yolda sıxlıq müşahidə olunur.