Milli Məclisin iclası başladı

135

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Sosialmedia.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.