Mikayıl Cabbarov SOCAR-da iclas keçirdi

346

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.

Məlumata görə, iclasda şirkətin “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib. IV Sənaye İnqilabının (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşması, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.

İclas iştirakçıları eyni zamanda MŞ-nın işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə onun Koordinasiya Ofisinin yaradılması və həmin ofisə MŞ-nın üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

İclasda SOCAR-ın fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, Müşahidə Şurasının sədri Mikayıl Cabbarovdur.