Rusiyanın “Azimut” aviaşirkəti mayın 30-dan etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.
Sosialmedia.az xəbər verir ki, məlumatı aviaşirkət yayıb.
Uçuşlar həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.