Vətən müharibəsi qazisi vəfat etdi

101

Vətən müharibəsi qazisi vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Qalib oğlu Səmədov dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Xatırladaq ki, Elnur Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.