Ağstafa Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirildi

429

Ağstafa Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirildi

Oktyabrın 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin rəhbərliyi ilə idarənin müəssisələrinin fəaliyyətinə həsr olunmuş seminar-müşavirə keçirilib.

Müşavirədə Ağstafa Regional Mədəniyyət İdarəsinin aparat işçiləri və müəssisə rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən Nurəddin Mehdiyev Şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə silsilə Zəfər tədbirləri təşkil edilməsi barədə tapşırıqlar verib. Nurəddin Mehdiyev, eyni zamanda, sosial şəbəkələr və mətbuatla əlaqənin təşkili, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək islahatlar, mədəniyyət işçilərinin işə davamiyyəti, müəssisələrdə aşkarlanan problemlər, nizam-intizam qaydaları, və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, Heydər Əliyev Mərkəzlərində Heydər Əliyev irsinin təbliğinin vacibliyindən və Mərkəzlərdə planlaşdırılan təmir işlərindən danışıb.

Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldırılacaq.