Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

120

Gömrük xidməti polkovniki Əjdər Abdullayev Dövlət Gömrük Komitəsinin (DGK) Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Sosialmedia.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Qeyd edək ki, Ə.Abdullayev DGK-nın sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınıb.

Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Dövlət Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.