MM sədri Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə görüşüb- Özəl

94

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Azərbaycan parlament rəhbərinin Misirə səfərindən məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik dövrünə diqqət yetirən Hanafi Gibali ötən dövr ərzində əldə olunmuş nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib.

O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.