Müharibə, sanksiyalar: ABŞ və Avropa Afrikanı yoxsullaşdırır

3801

Bu gün demokratiya carçısı kimi çıxış edən Avropa ölkələrinin tarixi törətdikləri soyqırımlarla, talançılıqlarla zəngindir. Bu gün də Afrika ölkələri Avropanın zamanında apardığı işğalçı siyasətin əziyyətini çəkir. Bu gün də ABŞ və onun müttəfiqləri olan Avropa ölkələri oxşar siyasət aparır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Afrika ölkərində ciddi sosial-iqtisadi problemlər yaradır. Söhbət ondan gedir ki, son illər Afrika məhz Rusiya ilə olan ticarək dövriyyəsinə görə müəyyən qədər dirçəlmişdi. Amma Rusiya-Ukrayna müharibəsinə görə tətbiq olunan sanksiyalar Afrika qitəsində yeni sosial-iqtisadi problemlərə yol açılır. Digər təfədən bu problemlərin aradan qaldırılması üçün illərlə zamana ehtiyac var.

Reallıq ondan ibarətdir ki, ABŞ və onun Avropadakı müttəfiq dövlətlərinin Afrikadakı neokolonial siyasəti Afrika regionunu böhran durumuna salır, iqtisadi inkişafına ciddi zərər vurur. Bütün bunlar Afrika qitəsinin yaxın gələcəkdə tamamilə yoxsullaşmasına səbəb yaradacaq. Əsrlər boyu Afrikanın yeraltı zənginliklərindən faydalanan ABŞ və Avropa bu gün böyük qitənin məhvinə səbəb yaradır və bununla bərabər insan hüquqları adı altında siyasi talançılıqla məşğuldur.

Mütəxəssislər hesab edir ki, Afrika qitsənin, o cümlədən inkişaf etməkdə olan ölkələrinin ABŞ və müttəfiqi olan Avropa ölkələrinin təzyiq siyasətindən xilas olması üçün yeganə yol dollardan imtina etməsidir. Məsələ ondadır ki, dollardan imtina ilə bağlı proses hələ 2015-ci ildən başladılıb. Ölkələr idxal-ixrac proseslərində yerli valyutalardan, o cümlədən barter üsulundan istifadə edirlər. Bu isə dolların siyasi-iqtisadi gücü azalmasına səbəb olur. Eybi zamanda bu proses dollar dövriyyəsinin azalması deməkdir ki, bu da ABŞ-ın sanksiya siyasətinin təsirlərini minimuma endirir. Nəzərə alsaq ki, dollar bütün bunlara rəğmən hələ də ən dövriyyəli valyuta hesab olunur, bu da ABŞ-ın ölkələrə, xesusilə də Rusiyaya qarşı sanksiyaları digər ölkələrə də mənfi təsirini göstərir. Dollardan imtina məsələsinə dəstək verən ölkələrin sayı çoxalarsa, bu problem də müəyyən qədər həllini tapmış olar. Hələlik bu proses davam etdirirlir, nəticəsinin nə olacağı isə yaxın gələcəkdə bəlli olacaq.

Amma bütün hallarda Avropanın tutduğu mövqe Afrika ölkələrini aclıqla üz üzə qoyub.
Xüsusilə də taxıl dəhlizi proyektində Avropanın yaratdığl süni əngəllər Afrika ölkələrinin yetərində taxıl əldə etməsinə maneə törədir. Onsuz da aclıq səviyyəsi yüksək olan Afrika ölkələri Avropanın bu yanaşması ilə daha da çətin duruma düşür.
Müharibə, sanksiyalar, ABŞ və Avropanın tutduğu mövqe Afrikanın vəziyyətini daha da ağırlaşdırır. Beynəlxalq təşkilatlar isə baş verənləri sadəcə izləməklə kifayətlənir.