Sumqayıtda evdə 44 yaşlı kişinin meyiti tapılıb

158

Sumqayıt sakini yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ceyranbatan bağlarında qeydə alınıb.

Fərdi yaşayış evinə baxış zamanı orada meyit aşkar olunub. Həmin şəxsin 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.