Samuxda qonşular arasında mübahisə qanla bitdi.

362

Samux rayonunun Aluşağı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Elxan Cəfərovla mübahisə edib. Mübahisə zamanı Elxan Cəfərov Zamin Bayramovu bıçaqlayıb.

Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.