Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edildi

367

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə, Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

 

Bundan başqa, Prezident İlham Əliyev, Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

SosialMedia.az xəbər verir ki, Sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

 

Prezidentin digər Sərəncamı ilə, Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışırdı.