ABŞ-ın sabiq prezidenti: Tramp ruslar sayəsində prezident oldu

209

ABŞ Prezidenti Donald Tramp yalnız Rusiyanın seçkilərə müdaxiləsi sayəsində hakimiyyətə gəlib.

RBK xəbər verir ki, bunu 1977-1981-ci illərdə ABŞ-a rəhbərlik etmiş Cimmi Karter deyib.

94 yaşlı C.Karter bu bəyanatı Virciniya ştatında insan haqları üzrə forumda səsləndirib. Onun sözlərinə görə, rusların seçkilərə müdaxiləsinə şübhə yoxdur:

“Tam araşdırma göstərərdi ki, Tramp, əslində, 2016-cı ildəki seçkilərdə qalib gəlməyib. O, seçkiləri uduzub və rusların onun adından müdaxiləsi sayəsində dövlət başçısı olub”.

ABŞ-ın 39-cu Prezidenti C.Karter forumun moderatorunun “Trampı qeyri-legitim prezident hesab edirsinizmi” sualına cavab verərkən bildirib:

“İndi söylədiklərimin əsasında “hə” deyə bilərəm”.