Bakıda avtomobil velosipedçini vurub

184

Bakıda piyada ölümü ilə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V. Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.