Nardaranda silah aşkarlanıb

151

Nardaran sakininin evindən sənədsiz tüfəng tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.