Ələtdə baba və nəvə dənizdə boğularaq ölüb

187

Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.

SosialMedia.az-ın xəbərinə görə, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.

L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə. Orucov da boğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.