“Sumqayıt Tələbələri” İB yeni layihəyə start verdi

222

17 iyul 2019-cu il tarixində Sumqayıtda Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsinin təqdimatı keçirilmişdir.

SosialMedia.az xəbər verir ki,“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarını və qonaqları salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumat verdi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin ictimai fəallığının artırılması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, gənclərin bu istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyini qeyd etdi.
Layihənin təqdimatında şəhərin və ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Layihə çərçivəsində görüləcək işlər barədə məlumat tarixçi, ekspert “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həm müəllifi Ramil Süleymanov tərəfindən verilmişdir.