Ağsuda dağlıq ərazidə yanğın başlayıb

198

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Keşdiməz kəndi ərazisində, dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

SosialMedia.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərər görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə 10 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqaməti üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.