Bu il texnogen mənşəli hadisələrdə ölənlərin sayı azalıb

141

Bu ilin altı ayı ərzində respublikada 7050 texnogen mənşəli hadisə qeydə alınıb.

SosialMedia.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Bildirilir ki, texnogen mənşəli hadisələr nəticəsində 47 nəfər həlak olub, 178 nəfər xəsarət alıb.

Bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 15 nəfər və ya 24% azdır, xəsarət alanlar üzrə 60 nəfər və ya 51% çoxdur.