Bakıda qadın döyülərək qarət olunub

177

Bakıda qadın döyülərək qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Z.Ağayevanı döyərək, içərisində 600 manat pul və mobil telefon olan çantasını alıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini E.Fətiyev saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.