Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb

177

Gəncə şəhərində yol qəzası baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Prospektdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər 2 sürücü xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən sürücülərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.