Binə qəsəbəsində yaşayan əlilliyi olan şəxslərlə səyyar görüş təşkil olundu

444

13.09. 2019-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov Binə qəsəbə Mədəniyyət evində ərazidə yaşayan bir qrup əlilliyi olan şəxslərlə səyyar görüş təşkil etdi.

Sosialxəbər.az xəbər verir ki, görüşdə əlilliyi olan şəxslərlə yanaşı,aztəminatlı ailələrində problemləri dinlənildi. Dövlət Sosial Müdafiəsi Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov sosial problemlərlə bağlı son il ərzində Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, bu kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verir.

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əməkhaqlarının, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli və bu qəbildən olan digər qərarlar əhali tərəfindən olduqca müsbət qarşılandı. Heç şübhəsiz ki, bütün bunlar əhalinin gəlirlərinin artmasını, sosial vəziyyətinin yaxşılaşmasını təmin edir deyə vurğulayıb.

Firdovsi Bədəlov əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin problemlərini dinləyərək,səlahiyyəti daxilində olanları həll etmək üçün qeydlər edib.

Görüşün sonunda üç aztəminatlı ailənin 1-ci sinifə qədəm qoyan övladlarına Heydər Əliyev Fondu tərəfində məktəbli çantası və məktəbli ləvazimatları hədiyyə olaraq verildi.