Bakıda baş verən avtobus qəzasında yaralanan şəxs ölüb

143

Ötən gün Bakıda 149 saylı xətt üzrə hərəkətdə olan avtobusun qəzaya düşməsi nəticəsində yaralanan şəxs ölüb.

SosialMedia.az-ın məlumatına görə, sentyabrın 23-də paytaxtın Qaradağ rayonu ərazisində 149 nömrəli müntəzəm marşrut xəttinin qəza etməsi nəticəsində yaralanan, 1934-cü il təvəllüdlü Rəsulov Nüsrət Sahibcan oğlu Kliniki Tibbi Mərkəzdə ölüb.