Bakıda qonşular arasında dava olub, bıçaqlanan var

208

Bakıda bıçaqlanma hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydəa lınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.

T. Babayev xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M. Babayev tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.