BŞBPİ Milli Şuranın piketi ilə əlaqədar təşəbbüs qrupunun üzvlərinə xəbərdarlıq edib

221

Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən SosialMedia.az-a verilən məlumatga görə, bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin  intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirak çılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

“Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.

Xatırladaq ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə görə piket üçün aşağıdakı məhdudiyyətlər nəzərdə tutulub:

1. Piket düzəldənlər 50 nəfərdən çox olmamalıdır

2. Piket düzəldənlər piket edilən obyektin girişinə 10 m-dən yaxın məsafədə yerləşməməlidirlər

3. Piket düzəldənlər piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalıdırlar

4. Piket düzəldənlər 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.