Sumqayıtda keçmiş məhkumlar narkotik satarkən tutulublar

129

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar – M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.