Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

280

Əfqanıstanda partlayış törədilib, 8 nəfər ölüb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində, Baqlan vilayətində qeydə alınıb. Partlayış zamanı 8 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.