BŞİH Müsavat Partiyasının mitinqinə razılıq verib

164

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

SosialMedia.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.