Bakıda qadın gəlini və nəvəsi tərəfindən döyülüb

120

Bakıda qadın döyülüb.

SosialMedia.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Astanəliyeva Bayzər Salman qızı polisə müraciət edərək onunla eyni ünvanda yaşayan gəlini Sadıqova Sadət Telman qızı və nəvəsi Validə tərəfindən döyüldüyünü bildirib.

Daxil olan müraciət əsasında Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.