Bələdiyyə seçkiləri ilə əlaqədar çip oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb

146

Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar yeni şəxsiyyət vəsiqələri üzərindəki çipi oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb.

SosialMedia.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5049 məntqə çip oxuyan cihazla təmin edilib.

Qeyd edək ki, Azərbaycanda artıq  milyon yarımdan çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib və onların milyondan çoxu seçicilərdir.