MSK sədri: “Bələdiyyə seçkilərilə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb”

165

Sabah Azərbaycanda  növbəti bələdiyyə seçkiləri keçiriləcək.

SosialMedia.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında  deyib.

O bildirib ki,  seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək:  “Bələdiyyə seçkiləri 118 dairəni,  ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Seçki prosesində iştirak edəcək seçiciləri sayı isə 4 milyon 972 min 356 nəfərdir. Sabahkı seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb”.

MSK sədri bildirib ki, artıq 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Onlar vasitəsilə səsvermənin gedişi və başa çatmasını izləmək mümkün olacaq”