Azərbaycanda 1374 nəfər deputatlığa namizəddir

144

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

SosialMedia.az-ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, imza vərəqi qaytaran 1774 nəfərdən 1637 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

İndiyədək 263 nəfər deputatlığa namizədliyini geri götürdüyündən hazırda 1374 nəfər mandat uğrunda mübarizə aparır.