Şirvanda yaşayış binasında yanğın olub, iki nəfər zəhərlənib

196

Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub.

SosialMedia.azın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsi 17, mənzil 28 ünvanında baş verib.

Həmin mənzildə qaz balonunun partlaması nəticəsində evdə yanğın olub. Yanğın zamanı mənzildə 2 nəfər ev sahibi tüstüdən zəhərlənərək Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.