YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri müəyyənləşib – YENİLƏNİB 1

136

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri məlum olub.

SosialMedia.azın məlumatına görə, namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.

YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynli olub.

***

09:30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.

SosialMedia.az-ın xəbərinə görə, iclasda Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

***

09:24

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilir.

SosialMedia.azın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.