Bakıda üç otaqlı ev yanıb

184

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

SosialMedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.